Yuxarı

"Qarabağ" klubu Vüqar Nadirovla müqavilə bağlayıb

Əlimdən gələni edəcəyəm ki, Qurban Qurbanovun etimadını doğruldum

Bakı. 14 iyul. REPORT.AZ/ "Qarabağ" futbol klubunun yetirməsi olan Vüqar Nadirov yenidən komandaya qayıdıb. "Report"un məlumatına görə, 29 yaşlı hücumçu ilə bir illik müqavilə imzalanıb. 

Nadirov klubun rəsmi saytına açıqlamasında məmnunluğunu dilə gətirib: "Olduqca şadam. Bir ağdamlı, şəhid balası kimi yenidən "Qarabağ"a qayıtdım. Əlimdən gələni edəcəyəm ki, baş məşqçimiz Qurban Qurbanovun mənə göstərdiyi etimadı doğruldum. Hər bir komandada rəqabət var, "Qarabağ"da da məşqlərdə əlimdən gələni edəcəyəm ki, baş məşqçinin verdiyi tapşırıqları layiqincə yerinə yetirim. Əvvəllər 6 il bu komandada oynamışdım. Klub rəhbərliyini də tanıyıram, onlara da təşəkkür edirəm ki, yenidən komandaya qayıtmağıma dəstək oldular. Çalışacağam ki, həm avrokuboklarda, həm də çempionatda komandaya xeyir verim. "Qarabağ" azarkeşləri bizim ürəyimizdədir. Çalışacağam ki, onları sevindirim".

Qeyd edək ki, bu, Vüqar Nadirovun "Qarabağ"a üçüncü qayıdışıdır. O, ilk olaraq, 2004-cü ilədək Ağdam komandasında forma geyinib. 2009-cu ildə yenidən komandaya qayıdan Nadirov daha 6 il "Qarabağ" forması geyinib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi