Yuxarı

"Qarabağ" klubu UEFA-nın yeni əmsallar cədvəlində 6 pillə irəliləyib

Azərbaycan isə mövqeyini qoruyub

Bakı. 28 noyabr. REPORT.AZ/ Avropa kuboklarında növbəti turun oyunlarından sonra UEFA üzv ölkələrin və klubların əmsallar cədvəlini açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycanın "Qarabağ" klubu Avropa Liqasında "Sent-Etyen" komandası ilə Fransada nail olduğu 1:1 hesablı heç-heçədən sonra son 5 mövsümün göstəricilərinin yekununda 6 pillə irəliləyib.

Hazırda 10,450 xala malik "Qarabağ" 158-ci pillədə qərarlaşıb. Amma Ağdam komandası bu mövsümün göstəricilərində ötən siyahı ilə müqayisədə 4 pillə geriləyib. "Sent-Etyen"lə heç-heçədən sonra "Qarabağ"ın bu mövsüm əldə etdiyi xalların sayı 4-ə, əmsalları 4,675-ə çatsa da, klub 65-ci pilləyə enib.

Ölkələr üzrə reytinq siyahısına gəldikdə, Azərbaycanın xalları 12,250-yə çatsa da, 29-cu pillədə qalıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi