"Qarabağ" klubu tarixində 6-cı dəfə Azərbaycan Kubokunun qalibi olub

"Qarabağ" klubu tarixində 6-cı dəfə Azərbaycan Kubokunun qalibi olub Ağdam komandası ardıcıl üçüncü mövsümü "qızıl dubl"la başa vurub
Futbol
5 May , 2017 17:56
Qarabağ klubu tarixində 6-cı dəfə Azərbaycan Kubokunun qalibi olub

Naxçıvan. 5 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda final matçı keçirilib. 

"Report"un məlumatına görə, Naxçıvan Muxtar Respublikasının stadionunda "Qarabağ" və "Qəbələ" klubları üz-üzə gəlib. 

Görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qol ikinci hissədə vurulub. 51-ci dəqiqədə Mahir Mədətov künc zərbəsindən ötürülən topu qapıya göndərib. Oyunda son nöqtəni isə 68-ci dəqiqədə "Qəbələ"nin futbolçusu Ürfan Abbasov qoyub. O, topu öz komandasının qapısına göndərib. 

Beləliklə, "Qarabağ" ardıcıl üçüncü mövsümü "qızıl "dubl"la başa vurub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda tarixində 6-cı dəfə Azərbaycan Kubokuna sahib olub. 

Qeyd edək ki, görüş gündüz saatlarında isti hava şəraitində baş tutub. Bununla belə, oyunu 12 minədək tamaşaçı izləyib. 

Son xəbərlər

Orphus sistemi