"Qarabağ" klubu Suriya yığmasına məğlub olub

"Qarabağ" klubu Suriya yığmasına məğlub olub Bakı. 30 iyun. REPORT.AZ/ Qarabağ klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama matçına çıxıb.
Futbol
30 İyun , 2018 23:18
Qarabağ klubu Suriya yığmasına məğlub olub

Bakı. 30 iyun. REPORT.AZ/ "Qarabağ" klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama matçına çıxıb.

"Report"un məlumatına görə, rəqib Suriya yığması olub.

Görüş ərəblərin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qol ilk yarının sonlarında vurulub.

Beləliklə, "Qarabağ"ın üçüncü yoxlama matçında da qələbəyə həsrət qalıb və üstəlik, ilk məğlubiyyətlə üzləşib. Əvvəlki qarşılaşmalarında Ağdam komandası Bolqarıstan "Ludoqorets"i ilə 1:1, Avstriyanın "Vakker İnsbruk" komandası ilə 0:0 hesablı heç-heçə edib.

Yoxlama oyunu

20:30. "Qarabağ" - Suriya millisi - 0:1

"Qarabağ"ın start heyəti: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k.), 17. Abdulla Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 91. Coşqun Diniyev

Son xəbərlər

Orphus sistemi