Yuxarı
    Bağlamaq

    "Qarabağ" klubu "Slovan"la matçöncəsi son məşqinə çıxıb

    Hazırlıq təxminən 1 saat davam edib

    Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Azərbaycanın "Qarabağ" klubu səfərdə Çexiyanın "Slovan" komandasının qonağı olacaq.

    "Report" xəbər verir ki, komandamız çərşənbə günü qarşılaşmanın keçiriləcəyi "U Nisi" stadionunda son məşqinə çıxıb.

    Hazırlıq yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00) start götürüb və təxminən 1 saat davam edib.

    Qeyd edək ki, "Slovan" - "Qarabağ" matçı bu gün saat 22:00-da start götürəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi