Yuxarı

“Qarabağ” klubu Ramil Şeydayevi heyətinə qatıb

“Qarabağ” klubu Ramil Şeydayevi heyətinə qatıb
“Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək

Bakı. 1 sentyabr. REPORT.AZ/ Ağdamın “Qarabağ” klubu mövsüm üçün transfer çalışmalarını yekunlaşdırmaq üzrədir.

"Report" klubun saytına istinadən xəbər verir ki, komanda Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.

Müqaviləylə “Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək. 21 yaşlı hücumçu “Zenit” futbol klubunun yetirməsi olub və peşəkar karyerasına bu klubda başlayıb. Ötən yayda “Trabzonspor”a transfer olunan Şeydayev qışda icarə əsasında Slovakiyanın “Jilina” klubuna keçib.

Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən Avropa çempionatının 12 qolla bombardiri olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi