"Qarabağ" klubu ən yüksək reytinq xallı qrupa düşüb

"Qarabağ" klubu ən yüksək reytinq xallı qrupa düşüb Rəqiblər isə qrup mərhələsinə birbaşa yüksəliblər
Futbol
31 Avqust , 2018 16:28
Qarabağ klubu ən yüksək reytinq xallı qrupa düşüb
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ "Qarabağ" klubu Avropa Liqasında ən yüksək reytinq xallarına malik qrupa düşüb. 

"Report" xəbər verir ki, bu, Avroliqanın qrup mərhələsinin Monakoda keçirilmiş püşkatma mərasimindən sonra məlum olub.

E qrupundakı rəqiblərdən İngiltərə “Arsenal”ı 93.000 xala, Portuqaliya “Sportinq”i 40.000 xala, "Vorskla" 8,226 reytinq xalına malikdir. "Qarabağ"ın isə 20,500 xalı var. 4 komandanın xalları toplandıqda cəmi 161.726 alınır ki, bu da qruplarda ən yüksək göstəricidir.

Ayrılıqda isə "Sportinq" 2-ci səbətdə birinci, "Arsenal" ilk səbətdə ikinci, "Vorskla" 4-cü, "Qarabağ" isə 3-cü səbəbtdə üçüncü ən yüksək reytinqli komanda olub. 

Digər tərəfdən, Azərbaycan təmsilçisinin hər 3 rəqibi Avroliqanın qrupuna birbaşa vəsiqə qazanıb. "Arsenal" İngiltərə Premyer Liqasında 6-cı, "Sportinq" Portuqaliya Primeyrasında, "Vorskla" isə Ukrayna Premyer Liqasında 3-cü yeri tutub. Hər üç komanda öz ölkələrinin yüksək reytinqə malik olmaları səbəbindən təsnifat mərhələlərində mübarizə aparmayıblar. "Qarabağ" isə Çempionlar Liqasında 3 təsnifat, Avropa Liqasında isə pley-off mərhələsində çıxış edib.  

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 20-də start veriləcək. 

Son xəbərlər

Orphus sistemi