"Qarabağ" klubu daha bir futbolçusu ilə yollarını ayırıb

"Qarabağ" klubu daha bir futbolçusu ilə yollarını ayırıb İlqar Qurbanov komandanı tərk edən 4-cü futbolçu olub
Futbol
20 May , 2017 13:56
Qarabağ klubu daha bir futbolçusu ilə yollarını ayırıb

Bakı. 20 may. REPORT.AZ/ “Qarabağ” klubundan ayrılan növbəti futbolçunun adı müəyyənləşib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, müdafiəçi İlqar Qurbanovdur. 

O, Ağdam komandası ilə vidalaşan 4-cü futbolçu olub. 31 yaşlı oyunçudan əvvəl qapıçı Boyan Şaranov, eləcə də İlyas Səfərzadə və Vüqar Nadirov klubu tərk edib.  

Qeyd edək ki, İlqar Qurbanov 2011-ci ildən “Qarabağ”da çıxış edirdi. 31 yaşlı müdafiəçi 144 oyunda 6 qol vurub. 

Son xəbərlər

Orphus sistemi