"Qarabağ" klubu Çempionlar Liqasına yeni hücumçu sifariş edib

"Qarabağ" klubu Çempionlar Liqasına yeni hücumçu sifariş edib Raydell Pupon 29 nömrəli forma ilə çıxış edəcək
Futbol
15 İyul , 2015 12:07
Qarabağ klubu Çempionlar Liqasına yeni hücumçu sifariş edib

Bakı. 15 İyul. REPORT.AZ/ "Qarabağ" klubu Monteneqro "Rudar"ı ilə keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsindən öncə Sifariş Ərizəsinə sonuncu futbolçunu daxil edib. "Report"un məlumatına görə, bu, Raydell Pupondur.

28 yaşlı hücumçu 29 nömrəli formanı geyinəcək. Ötən gün Bakıya gələn Puponla 2 illik müqavilə bağlanılıb. Heyətə yeni qoşulması səbəbindən təcrübəli forvard bu gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda meydana çıxmayacaq. O, oyunöncəsi son məşqə də qatılmayıb. Futbolçunun iyulun 22-də Monteneqroda keçiriləcək cavab görüşündə iştirakı gözlənilir.

Qeyd edək ki, Raydell Pupon Hollandiyanın "Ayaks" klubunun yetirməsidir. Hücumçu "Villem II", "Sparta", De Qrafshap", "Den Haq" və "NAK Breda" klublarında çıxış etdikdən sonra ötən mövsüm ilk dəfə Fransa "Valansyen"ində legioner həyatı yaşayıb. Pupon Liqa 2-də çıxış edən klubda 17 oyuna 6 qol vurub. O, Hollandiyanın 19 və 21 yaşadək yığmalarında da çıxış edib. 

Son xəbərlər

Orphus sistemi