"Qarabağ" klubu Azərbaycan çempionu oldu - FOTO

"Qarabağ" klubu Azərbaycan çempionu oldu - FOTO Mövsümün bitməsinə 2 tur qalmış "Qarabağ" çempion adına sahib çıxıb
Futbol
16 May , 2015 21:55
Qarabağ klubu Azərbaycan çempionu oldu - FOTO

Bakı. 16 may. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları keçirilib. "Report"un məlumatına görə, turun ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

"Xəzər Lənkəran" doğma azarkeşlər önündə paytaxtın AZAL klubu ilə qarşılaşıb. Matç "ağ-yaşılların" 1-0 hesablı qələbəsi ilə başa çatıb.

"Qəbələ" Bakı "İnter"i ilə münasibətlərinə aydınlıq gətirib. Əyalət təmsilçisinin üçüncülük, "bankirlər"in çempionluq uğrunda mübarizə matçında bərabərlik qeydə alınıb - 1:1.

Turnir cədvəlinin dəyişilməz lideri "Qarabağ" isə "Sumqayıt"la çempionluq görüşüb. Matç Ağdam təmsilçisinin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da mövsümün bitməsinə 2 tur qalmış "Qarabağ" Azərbaycan çempionu adına sahib çıxıb.

Qeyd edək ki, turun ilk qarşılaşmasında "Simurq" Zaqatalada "Bakı"nı məğlub edib - 4:0.

Premyer Liqa, XXXIV tur

16 may (şənbə)

18:00. "Xəzər Lənkəran” – AZAL (Bakı) - 1:0

Lənkəran. "Xəzər Lənkəran” mərkəzi stadionu

20:00. "Qəbələ” – "İnter” (Bakı) - 1:1

Qəbələ. Qəbələ şəhər stadionu

20:00. "Qarabağ” (Ağdam) – "Sumqayıt” - 1:0

Bakı. "Bakcell Arena”

15 may (cümə)

17:00. "Simurq” (Zaqatala) – "Bakı” - 4:0

Zaqatala şəhər stadionu

Son xəbərlər

Orphus sistemi