Yuxarı

“Qarabağ” klubu avrokuboklarda keçirdiyi ev oyunlarında 50-ci qolunu vurub

“Qarabağ” klubu avrokuboklarda keçirdiyi ev oyunlarında 50-ci qolunu vurub
Bu, Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliya təmsilçisi “Roma” ilə görüşdə baş verib

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Qarabağ” klubu avrokuboklarda keçirdiyi ev oyunlarında 50-ci qolunu vurub.

“Report” xəbər verir ki, bu, Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin II turu çərçivəsində İtaliya təmsilçisi “Roma” ilə görüşdə baş verib. Ağdam komandasının heyətində Pedro Enrike fərqlənib. Braziliyalı yarımmüdafiəçi qarşılaşmanın 28-ci dəqiqəsində hesabı 1:2 edib.

Bu həm də Azərbaycan təmsilçisinin ÇL-in qrup mərhələsində vurduğu ilk qol kimi tarixə düşüb.

Qeyd edək ki, “Roma” ilə görüş “Qarabağ”ın avrokuboklarda 43-cü ev oyunudur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi