"Qarabağ" klubu 6 futbolçusu ilə yollarını ayırıb

"Qarabağ" klubu 6 futbolçusu ilə yollarını ayırıb Onların hamısının başa çatan müqavilələri uzadılmayıb
Futbol
17 İyun , 2015 17:16
Qarabağ klubu 6 futbolçusu ilə yollarını ayırıb

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubu 6 futbolçusu ilə yollarını rəsmən ayırıb. "Report"un klubun saytına istinadən verdiyi məlumata görə, bunlar Vüqar Nadirov, Admir Teli, Leroy Corc, Hacı Əhmədov, Tural İsgəndərov və Muarem Muaremdir. 

Onların hamısının başa çatan müqavilələri uzadılmayıb. 

"Qarabağ" klubu futbolçuların hər birinə komandada çəkdikləri zəhmətə görə təşəkkürünü bildirib və gələcək karyeralarında uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi