Yuxarı

​"Qarabağ" klub reytinqində "Qalatasaray", "Milan" və "Valensiya"nı qabaqlayıb

IFFHS-in siyahısında Qəbələ və İnterin də adı var

Bakı. 13 yanvar. REPORT.AZ/ Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2015-ci ilin yekunu üzrə növbəti klub reytinqini açıqlayıb.

"Report" xəbər verir ki, siyahıda birinci yeri İspaniyanın "Barselona" klubu, ikinci yeri "Yuventus" (İtaliya), üçüncü yeri isə "Napoli" (İtaliya) tutub.

Reytinq siyahısına üç Azərbaycan klubu daxil olub. "Qarabağ" 142 xalla 77-ci, "Qəbələ" 116 xal ilə 124-cü, "İnter" isə 92 xalla 192-ci yerdə qərarlaşıb.

"Qarabağ" bu göstərici ilə "Valensiya" (İspaniya), "Qalatasaray" (Türkiyə), "İnter" (İtaliya), "Benfika" (Portuqaliya) klublarını, "Qəbələ" isə İtaliyanın "Milan" və Fransanın "Lion" kimi adlı-sanlı kollektivlərini arxada qoymağı bacarıb.

Siyahı:

1. "Barselona" (İspaniya) – 379 (xal)

2. "Yuventus" (İtaliya) – 286

3. "Napoli" (İtaliya) – 268

...

77. "Qarabağ" (Azərbaycan) - 142

77. "Valensiya" (İspaniya) - 142

80. "Borussiya" (Münhenqladbax, Almaniya) - 140

82. "Qalatasaray" (Türkiyə) - 139,5

84. "İnter" (İtaliya) - 138

124. "Qəbələ" (Azərbaycan) - 116

135. "Dinamo" (Minsk, Belarus) - 111

135. "Lion" (Fransa) - 111

138. "Rubin" (Rusiya) - 109,5

153. "Milan" (İtaliya) - 104

192. "İnter" (Azərbaycan) - 92

197. "Jalgiris" (Litva) - 90

197. "Nasaf" (Özbəkistan) - 90

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi