“Qarabağ” “Keşlə” ilə oyunda xal itirib - VİDEO

“Qarabağ” “Keşlə” ilə oyunda xal itirib - VİDEO Matç 1:1 hesabı ilə başa çatıb
Futbol
1 Aprel , 2018 20:36
“Qarabağ” “Keşlə” ilə oyunda xal itirib - VİDEO

Bakı. 1 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində növbəti oyun keçirilib.

“Report” xəbər verir ki, həftənin ikinci matçı lider “Qarabağ”la “Keşlə” arasında olub.

Qarşılaşmada hesabı 34-cü dəqiqədə Slavik Alxasovun qolu ilə qonaqlar açıblar. Lakin meydan sahibləri məğlubiyyətdən qaçmağı bacarıblar. Görüşün 57-ci dəqiqəsində Riçard Almeyda fərqlənib.

Bu heç-heçədən sonra “Qarabağ” xallarının sayını 50-yə çatdırıb. “Keşlə” isə 17 xalla 7-ci pillədədir.

Həftənin açılış matçında “Kəpəz”lə “Zirə” qolsuz bərabərə qalıb. XXI tura aprelin 2-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” və “Neftçi” – “Səbail” görüşləri ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi