Yuxarı

“Qarabağ” “Kəpəz”in məğlubiyyətsiz seriyasına son qoydu

“Qarabağ” çempionatda ardıcıl dördüncü qələbəsini qazanmaqla xallarının sayını 32-ə çatdırıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində günün ikinci matçı keçirilib.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda ölkə çempionu “Qarabağ” öz meydanında “Kəpəz”i sınağa çəkib. Son 3 oyundu xal itirməyən “Qarabağ”, son 6 oyunda məğlub olmayan “Kəpəz”in qapısından 3 cavabsız top keçirib. Birinci hissədə darmadağının bünövrəsini 36-cı dəqiqədə Marinaldo Çiçero qoyub - 1:0.

Fasilədən sonra Qurban Qurbanovun yetirmələri daha iki top vurublar. 84-cü dəqiqədə Dani, 86-cı dəqiqədə isə Almeyda hesabda fərqi artırıblar - 3:0. Beləliklə, “Qarabağ” çempionatda ardıcıl dördüncü qələbəsini qazanmaqla xallarının sayını 32-ə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi