"Qarabağ" italiyalı qapıçını transfer edir

"Qarabağ" italiyalı qapıçını transfer edir Ağdam təmsilçisi transfer üçün 600 min avro ödəyəcək
Futbol
21 İyun , 2018 19:08
Qarabağ italiyalı qapıçını transfer edir

Bakı. 21 iyun. REPORT.AZ/ "Qarabağ" klubu İtaliyanın "Peskara" klubunun italiyalı qapıçısı Vinçenzo Fiorillonu heyətinə qatmaq istəyir. 

"Report" "Alfredopedulla.com" nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi 28 yaşlı qolkiperin klubu ilə razılıq əldə edib və bu transfer üçün 600 min avro ödəyəcək. 

Son ölkə çempionu Fiorilloya ikiillik müqavilə təklif edib. Oyunçunun "Peskara" ilə birillik müqaviləsi mövcuddur. 

Son xəbərlər

Orphus sistemi