"Qarabağ"ın yeni transferi: "Azarkeşlər meydanda sonadək mübarizə aparan futbolçu görəcəklər"

"Qarabağ"ın yeni transferi: "Azarkeşlər meydanda sonadək mübarizə aparan futbolçu görəcəklər" Migel Markos Madeyra 2 illik müqaviləyə imza atıb
Futbol
8 Sentyabr , 2015 17:13
Qarabağın yeni transferi: Azarkeşlər meydanda sonadək mübarizə aparan futbolçu görəcəklər

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Qarabağ" klubu yay transfer dövrünün son günündə heyətinə qatdığı futbolçu Migel Markos Madeyra və ya qısaca Miçellə 2 illik müqavilə imzalayıb. "Report"un məlumatına görə, artıq Bakıda olan ispaniyalı yarımmüdafiəçi Ağdam klubunun saytına təəssüratlarını bölüşüb. 

O, "Qarabağ"a keçməmişdən öncə klub haqda maraqlandığını bildirib. Miçelin fikrincə, son 2 ildə çempion olması və Avropa Liqasında uğurlu çıxışı bu klubun hədəflərindən xəbər verir: "Tanışlarım vasitəsilə də komanda haqqında məlumat topladım. Müsbət rəy verdilər. Komandanın bazası, futbolçularla tanış oldum. Hər şeyin çox yaxşı olduğunu deməliyəm. Olduqca mehriban kollektiv var. "Qarabağ"da oynamaqla komandaya faydalı olmaq istəyirəm. Azarkeşlərə demək istədiyim odur ki, meydanda sona qədər mübarizə aparan futbolçu görəcəklər. Komandamın uğurlarında payımın olması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam". 

Qeyd edək ki, "Qarabağ" yay transfer dövrünün son günlərində isveçli hücumçu Samuel Armenteros və makedoniyalı müdafiəçi Vladimir Dimitrovski ilə də müqavilə bağlayıb. 

Son xəbərlər

Orphus sistemi