“Qarabağ”ın yeni futbolçusu: “Mənə göstərilən etimadı doğrultmağa çalışacam”

“Qarabağ”ın yeni futbolçusu: “Mənə göstərilən etimadı doğrultmağa çalışacam” “Ən böyük üstünlüyüm odur ki, uduzmağı sevmirəm”
Futbol
6 İyul , 2017 17:55
“Qarabağ”ın yeni futbolçusu: “Mənə göstərilən etimadı doğrultmağa çalışacam”

Bakı. 6 iyul. REPORT.AZ/ “Qarabağ” ilk gündən mənə öz ailəm kimidir, sanki uzun müddətdir buradayam. Həqiqətən bura gəldiyim üçün xoşbəxtəm. Komanda üçün əlimdən gələnin ən yaxşısını edəcəm”.

“Report”un məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni futbolçusu Vild-Donald Guerrier klubun rəsmi saytına açıqlamasında söyləyib.

28 yaşlı haitili yarımmüdafiəçi etimadı doğrultmağa çalışacağını bildirib: “Qarabağ” ardıcıl 4-cü dəfə çempion olur və 3 ildir Avropa Liqasının qrup mərhələsində oynayır. Bunların hamısını yaxşı anlayıram. Hər zaman hansı komandamda olmağımdan asılı olmayaraq, qələbə üçün meydana çıxmışam və komandamın qələbə qazanmasından ötrü vuruşmuşam. Ən böyük üstünlüyüm odur ki, uduzmağı sevmirəm. Harada varamsa, qalib gəlmək üçün mübarizə aparmışam. Əgər bu gün “Qarabağ”a gəlmişəmsə, mənə göstərilən etimadı doğrultmağa çalışacam”.

Qeyd edək ki, futbolçu "Qarabağ"la iki illik müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi