"Qarabağ"ın vitse-prezidenti komandaya dəstək olmaq üçün Kopenhagenə gedib

"Qarabağ"ın vitse-prezidenti komandaya dəstək olmaq üçün Kopenhagenə gedib Cavab görüşünə hazırlaşan komandanın düşərgəsini klubun vitse-prezidenti də ziyarət edib
Futbol
22 Avqust , 2017 22:39
Qarabağın vitse-prezidenti komandaya dəstək olmaq üçün Kopenhagenə gedib

Bakı. 22 avqust. REPORT.AZ/ Danimarkada "Kopenhagen"lə Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşünə hazırlaşan "Qarabağ"ın düşərgəsini klubun vitse-prezidenti Tahir Gözəl də ziyarət edib.

"Report"un məlumatına görə, T. Gözəl futbolçulara dəstək olmaq üçün Kopenhagenə gedib.

O, oyunöncəsi son məşqi stadiondan canlı izlədikdən sonra Ağdam təmsilçisinin rəsmi saytına qarşılaşma barədə açıqlama verib: "Kopenhagen”lə oyunu nəinki “Qarabağ”, bütün Azərbaycan üçün ən önəmli qarşılaşma adlandırmaq olar. Hamımız matçın nə qədər vacib olduğunun fərqindəyik.

"Qarabağ" Azərbaycan futbolunda bir sıra ilklərə imza atıb və həmin nailiyyətlərin zirvəsindəyik. Həmin ilklərə daha birini əlavə etmək istəyirik. Sabah 40 min nəfərlik stadion dolu olacaq, bu da "Qarabağ"ın gücünü, nə qədər ciddi rəqib olduğunu göstərir. İnanırıq ki, zəfər bizim yanımızda olacaq. Komandaya dəstək olmaq üçün bura gəlmişəm, futbolçularımız və baş məşqçimizə inanıram".

Qeyd edək ki, avqustun 23-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Komandalar arasında ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi