​"Qarabağ"ın vitse-prezidenti UEFA-nın Avropa Liqası üzrə direktoru ilə görüşəcək

​"Qarabağ"ın vitse-prezidenti UEFA-nın Avropa Liqası üzrə direktoru ilə görüşəcək Bakı. 13 dekabr. REPORT.AZ/ "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl İsveçrəyə gedəcək. "Report"un Ağdam təmsilçisini...
Futbol
13 Dekabr , 2014 17:16
​Qarabağın vitse-prezidenti UEFA-nın Avropa Liqası üzrə direktoru ilə görüşəcək

Bakı. 13 dekabr. REPORT.AZ/ "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl İsveçrəyə gedəcək. "Report"un Ağdam təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfərin vaxtı UEFA-dan gələn cavab əsasında müəyyənləşəcək.

"Qarabağ" - "İnter" (İtaliya) oyununun 90+4-cü dəqiqəsində baş verən hadisə ilə əlaqədar Avropa Liqası yarışının direktoru Giorgi Marçetti ilə görüş günü təyin edilib.

Qeyd edək ki, "İnter"lə oyunun 90+4-cü dəqiqəsində çexiyalı baş hakim Miroslav Zelinka "Qarabağ"ın futbolçusu Riçard Almeydanın qolunu qeydə almayıb. 

Son xəbərlər

Orphus sistemi