"Qarabağ"ın "Seltik"lə keçirəcəyi hər iki oyunun hakimləri açıqlanıb

"Qarabağ"ın "Seltik"lə keçirəcəyi hər iki oyunun hakimləri açıqlanıb Qlazqodakı görüşdə avstriyalı, Bakıdakı qarşılaşmada isə isveçli briqada iş başında olacaq
Futbol
25 İyul , 2015 10:38
Qarabağın Seltiklə keçirəcəyi hər iki oyunun hakimləri açıqlanıb

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində Şotlandiya "Seltik"i ilə keçirəcəyi hər iki oyuna bütün təyinatlar müəyyənləşib. "Report"un məlumatına görə, Qlazqodakı ilk qarşılaşmanı avstriyalı, Bakıdakı cavab görüşünü isə isveçli hakimlər briqadası idarə edəcək.

29 iyul, Qlazqo

23:45. "Seltik" (Şotlandiya) - "Qarabağ" (AZƏRBAYCAN)

Baş hakim: Robert Şörgenhofer

Yan xətt hakimləri: Mattias Vinsauer, Rixard Hübler

Dördüncü hakim: Dominik Ouşan (hamısı Avstriya)

Hakim-inspektor: Raymond Ellingem (Uels)

UEFA nümayəndəsi: Giys de Yonq (Hollandiya)

5 avqust, Bakı

21:30. "Qarabağ" - "Seltik"

Baş hakim: Martin Strömberqsson

Yan xətt hakimləri: Daniel Qustavsson, Stefan Hallberq

Dördüncü hakim: Yohan Hamlin (hamısı İsveç)

Hakim-inspektor: Alen Hamer (Lüksemburq)

UEFA nümayəndəsi: Peter Lundström (Finlandiya)

Qeyd edək ki, ilk oyun "Seltik Park"da, cavab matçı Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. 

Son xəbərlər

Orphus sistemi