Yuxarı

"Qarabağ"ın sabiq hücumçusu Qazaxıstan klubuna keçib

"Qarabağ"ın sabiq hücumçusu Qazaxıstan klubuna keçib

"Qarabağ"ın yollarını ayırdığı sabiq futbolçusu Reynaldo Silvanın yeni klubu bəlli olub.

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu karyerasını Qazaxıstanın "İrtış" komandasında davam etdirəcək.

Klub braziliyalı oyunçunun keçidini rəsmi saytı vasitəsilə açıqlasa da, onunla imzalanan müqavilənin detalları barədə məlumat verməyib.

Qeyd edək ki, Reynaldo 2013-2016-ci illərdə və 2018/2019 mövsümünün ikinci yarısında "Qarabağ"da çıxış edib. O, Qazaxıstanda "Aktobe"nin də formasını geyinib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi