Yuxarı

​"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubuna keçib

Futbolçu ilə 2 illik müqavilə imzalanıb

Bakı. 24 iyun. REPORT.AZ/ "Qarabağ" klubunun sabiq futbolçusu Raydell Pupon Türkiyənin "Boluspor" klubu ilə müqavilə imzalayıb. 

"Report" Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu klubla 2 illik müqaviləyə qol çəkib.

Hollandiyalı futbolçu açıqlamasında "Boluspor"la müqavilə imzaladığı üçün xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Pupon 2015-ci ildə "Qarabağ"a transfer olub və daha sonra Hollandiyanın "Roda" klubuna üz tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi