"Qarabağ"ın rəqiblərindən "Roma" və "Çelsi" qələbə qazanıb, "Atletiko" "Real"la heç-heçə edib

"Qarabağ"ın rəqiblərindən "Roma" və "Çelsi" qələbə qazanıb, "Atletiko" "Real"la heç-heçə edib "Çelsi" "Vest Bromviç"i, "Roma" kollektivi isə evdə "Latsio"nu məğlub edib
Futbol
19 Noyabr , 2017 01:58
Qarabağın rəqiblərindən Roma və Çelsi qələbə qazanıb, Atletiko Realla heç-heçə edib

Bakı. 19 noyabr. REPORT.AZ/ "Qarabağ"ın futbol üzrə Çempionlar Liqasının "C" qrupunda yer alan rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.

“Report” xəbər verir ki, rəqiblərdən "Roma" və "Çelsi" qələbə qazanıb, "Atletiko Madrid" isə heç-heçə ilə kifayətlənib.

"Qarabağ"ın noyabrın 22-də Bakıda qəbul edəcəyi İngiltərənin "Çelsi" klubu Premyer Liqanın 12-ci turu çərçivəsində səfərdə "Vest Bromviç"i darmadağın edib – 4:0.

İtaliyanın "Roma" kollektivi isə evdə "Latsio"nu qəbul edib və görüşü 2:1 hesablı qələbə ilə başa vurub.

Ağdam klubunun Bakıda və Madriddə heç-heçə etdiyi (0:0, 1:1) "Atletiko" isə doğma divarlar arasında "Real" ilə xallarını yarı bölüb – 0:0.

"Qarabağ"a gəldikdə isə Ağdam klubu Azərbaycan Premyer Liqasının son turunda "Sumqayıt"ı 2:0 məğlub edib.

Son xəbərlər

Orphus sistemi