Yuxarı

"Qarabağ"ın Avroliqadakı rəqibinin oyunu terror təhlükəsi səbəbindən təxirə salınıb

Anderlextin Lokerenlə səfər oyunu keçirilməyib

Bakı. 22 noyabr. REPORT.AZ/ Belçikanın yüksək liqasında iki futbol qarşılaşması təhlükəsizlik təminatının olmaması səbəbindən təxirə salınıb.

"Report"un məlumatına görə, ötən gün "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Anderlext"in "Lokeren"lə səfər, bu gün isə "Muskron"un "Şarlerua" ilə ev oyunları baş tutmayıb.

Hər iki matçda əlavə polis qüvvəsinə ehtiyac yaranıb. Lakin hüquq-mühafizə xidmətinin əməkdaşları hücum təhlükəsi fonunda Brüsseldə qalmalı olublar. Lokoren paytaxtdan 75 km, Muskron isə 105 km. aralıda yerləşir. Bu şəhərlərin merləri oyunların təxirə salınmasına qərar veriblər.

Noyabrın 13-də Fransanın paytaxtı Parisdə terror aktını törədənlərin bəziləri Brüsseldə yaşayır. Bu səbəbdən, şəhərdə terror təhlükəsi yüksək səviyyədə qiymətləndirilir.

Qeyd edək ki, bu həftə iki yoldaşlıq görüşü ləğv olunub. Bunlar Belçika - İspaniya və Almaniya - Hollandiya matçlarıdır. "Anderlext" noyabrın 26-da Avropa Liqası matçında Fransa "Monako"sunun qonağı olacaq, dekabrın 10-da isə "Qarabağ"ı qəbul edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi