Yuxarı

"Qarabağ"ın rəqibi yoldaşlıq görüşü keçirəcək

"Qarabağ"ın rəqibi yoldaşlıq görüşü keçirəcək

Bakı. 5 sentyabr. REPORT.AZ/ "Qarabağ" klubunun futbol üzrə Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukrayna "Vorskla"sı yoldaşlıq oyunu keçirəcək.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, rəqib Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" olacaq. Qarşılaşma milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə müddətində - sentyabrın 8-də Krutoy Beryoz şəhərindəki "Ltava" stadionunda oynanılacaq.

Paşayev UEFA Millətlər Liqasının görüşləri ilə əlaqədar Azərbaycan yığmasının düşərgəsində olduğundan, "Vorskla"ya qarşı çıxış edə bilməyəcək. O, sentyabrın 7-də Bakıda Kosovo, sentyabrın 10-da isə səfərdə Malta ilə keçiriləcək matçlara dəvət alıb.

Qeyd edək ki, Azərbaycan və Ukrayna təmsilçisi arasındakı ilk görüş oktyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Səfərdəki matç isə noyabrın 8-də Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi