Yuxarı

“Qarabağ”ın rəqibi “Sevilya” yenidən qələbə qazanıb

“Qarabağ”ın rəqibi “Sevilya” yenidən qələbə qazanıb

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sevilya" komandası İspaniya La Liqasının IX turunda "Levante" üzərində qələbəyə nail olub.

"Report"un məlumatına görə, "Ramon Sançes Pisxuan" stadionundakı matçda yeganə qolu 86-cı dəqiqədə Lük de Yonq vurub.

Bununla da "Sevilya" 14 xalla 6-cı pilləyə qalxıb. 

Növbəti turda rəqib "Xetafe" olacaq. Görüş oktyabrın 27-də keçiriləcək.

Qeyd edək ki, "Sevilya" Avropa Liqasında III tur matçını oktyabrın 24-də səfərdə "Düdelanj"a qarşı keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi