Yuxarı
    Bağlamaq

    "Qarabağ"ın rəqibi serbiyalı futbolçu transfer edib

    Miroslav Markoviçlə bir illik müqavilə imzalanıb

    Bakı. 23 sentyabr. REPORT.AZ/ Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan Çexiyanın "Slovan" klubu Serbiya yığmasının futbolçusu Miroslav Markoviçin transferini rəsmiləşdirib. "Report"un Liberets təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Miroslav Markoviçin keçidi ilə bağlı idman direktoru Yan Nezmar açıqlama verib.

    Klub rəsmisi hücumçunun azad agent kimi heyətə cəlb olunduğunu bildirib: "Nəhayət, bütün sənədləşmə işləri qaydasına düşdü və Markoviç bizim oyunçu oldu. O, komandamıza azad agent kimi qoşulub. Futbolçu ilə bir illik müqavilə imzalanıb".

    27 yaşlı forvard ölkə çempionatının VIII turunda "Karvina"ya qarşı matçda forma çıxış edə bilər. O, baş məşqçi İndrjix Trpişovskinin şans verəcəyi təqdirdə, Avropa Liqasının oyunlarında da çıxış edəcək. Futbolçu ilə münasibətlər dünən rəsmiləşdirilsə də, adı sifariş ərizəsinə əvvəlcədən daxil edilib.

    Qeyd edək ki, Miroslav Markoviç əvvəllər 1 il Sloveniyanın "Krka" (2007-2008) və Çexiyanın "Ostrava", "Dukla", "Viktoriya" (Jijkov)  və "Zbroyuvka" komandalarında forma geyinib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi