"Qarabağ"ın rəqibi səfərdə qalib gəlib - VİDEO

"Qarabağ"ın rəqibi səfərdə qalib gəlib - VİDEO "Atletiko"nu yenə eyni futbolçu sevindirib
Futbol
4 Noyabr , 2017 22:06
Qarabağın rəqibi səfərdə qalib gəlib - VİDEO

Bakı. 4 noyabr. REPORT.AZ/ "Atletiko" komandası İspaniya La Liqasında XI turun oyununu keçirib. 

"Report"un məlumatına görə, Madrid təmsilçisi səfərdə "Deportivo" ilə üz-üzə gəlib.

Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 90+1-ci dəqiqədə Tomas Partey vurub. 

Bununla da "Atletiko" xallarını 23-ə çatdıraraq, 3-cü pilləyə yüksəlib. "Deportivo" isə 11 xalla 16-cı pillədə qalıb.

Qeyd edək ki, "Atletiko" daha əvvəl Madriddə "Qarabağ"la Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçında 1:1 hesablı heç-heçə edib. Həmin vaxt da Madrid komandasının qoluna Tomas Partey imza atıb.   

Son xəbərlər

Orphus sistemi