Yuxarı

"Qarabağ"ın rəqibi "Mançester Yunayted"lə görüşdə qələbəni əldən verib

"Qarabağ"ın rəqibi "Mançester Yunayted"lə görüşdə qələbəni əldən verib

Bakı. 6 dekabr. REPORT.AZ/ İngiltərə Premyer Liqasında XV turun mərkəzi görüşü "Mançester Yunayted" və "Arsenal" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Old Trafford" stadionunda təşkil olunmuş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 26-cı dəqiqədə qonaq komandanın futbolçusu Şkodran Mustafi açıb. Bundan 3 dəqiqə sonra meydan sahiblərindən Antoni Marsyal bərabərlik qolunu vurub. 68-ci dəqiqədə Aleksandr Lyakazett "Arsenal"ı yenidən irəli çıxarıb. Lakin cəmi 1 dəqiqə sonra Cessi Linqard "Mançester Yunayted"i məğlubiyyətdən qurtarıb.

Bu nəticədən sonra xallarını 31-ə çatdıran "Arsenal" 5-ci pillədə qalıb. 23 xalı olan "Mançester Yunayted" isə 8-ci pilləyə yüksəlib.

Qeyd edək ki, "Arsenal" "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindəndir. İki komanda arasında Bakıda keçirilmiş görüşdə qonaqlar qalib gəlib - 3:0. Londondakı qarşılaşma isə dekabrın 13-də olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi