"Qarabağ"ın rəqibi "Mançester Yunayted"in futbolçusunu transfer etmək istəyir

"Qarabağ"ın rəqibi "Mançester Yunayted"in futbolçusunu transfer etmək istəyir "Roma" Matteo Darmianın xidmətində maraqlıdır
Futbol
27 Noyabr , 2017 12:05
Qarabağın rəqibi Mançester Yunaytedin futbolçusunu transfer etmək istəyir

Bakı. 27 noyabr. REPORT.AZ/ Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan İtaliya “Roma”sı İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Matteo Darmianı transfer etmək istəyir.

“Report” “Corriere dello Sport”a istinadən xəbər verir ki, paytaxt komandası İtaliya yığmasının müdafiəçisini qış fasiləsində icarəyə götürməyi, mövsümün sonunda isə birdəfəlik transfer etməyi düşünürlər. Darmian 2015-ci ilin yayında 12,7 milyon funt sterlinq qarşılığında İtaliyanın “Torino” klubundan “Mançester Yunayted”ə keçib. O, cari mövsümdə 9 matçda forma geyinib.

Xatırladaq ki, "Qarabağ" qrup mərhələsində son oyununu dekabrın 5-də İtaliyada "Roma"ya qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi