"Qarabağ"ın rəqibi futbolçusunun xidmətindən məhrum olub

"Qarabağ"ın rəqibi futbolçusunun xidmətindən məhrum olub Bakı. 19 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq” klubu futbolçusu Abdulay Diabinin xidmətindən məhrum olub.
Futbol
19 Oktyabr , 2018 18:01
Qarabağın rəqibi futbolçusunun xidmətindən məhrum olub

Bakı. 19 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq” klubu futbolçusu Abdulay Diabinin xidmətindən məhrum olub.

“Report” xəbər verir ki, bu barədə “ağ-yaşıllar”ın baş məşqçisi Joze Pezeyru Portuqaliya kubokunda “Lores”ə qarşı səfərdə keçirəcəkləri görüşdən əvvəl mətbuat konfransında bildirib.

58 yaşlı mütəxəssis 27 yaşlı forvardın Mali millisinin düşərgəsindən zədəli qayıtdığını söyləyib. Onun əzələlərində həddindən artıq yüklənmənin olduğunu bildirən Pezeyru futbolçunun bir müddət dincəlməli olduğunu qeyd edib. 

“Sportinq”in heyətində hazırda Bas Dost, Jeremi Matyö və Rafinya da zədəlilər sırasındadır.

Qeyd edək ki, Avropa Liqasının E qrupunda yer alan "Sportinq" “Qarabağ”la ilk turda üz-üzə gəlib. Lissabonda keçirilmiş görüş “ağ-yaşıllar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi