Yuxarı

"Qarabağ"ın rəqibi futbolçu itkisi ilə üzləşib

"Qarabağ"ın rəqibi futbolçu itkisi ilə üzləşib

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Arsenal" klubu futbolçu itkisi ilə üzləşib. 

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı sağ cinah müdafiəçisi Hektor Bellerin Premyer Liqanın X turunda "Kristal Pelas" ilə səfərdə 2:2 hesablı heç-heçə etdikləri görüşdə zədələnib. 23 yaşlı oyunçu ilk hissənin sonlarında sağ ayağından zərbə alıb. Nəticədə o, ikinci hissədə görüşü davam etdirə bilməyib. Bellerini Ştefan Lixtştayner əvəzləyib. Zədəli oyunçunun yaşıl meydanlardan nə qədər uzaq qalacağına tibbi müayinədən sonra aydınlıq gələcək. 

Qeyd edək ki, "Arsenal" "Qarabağ"la ilk görüşünü oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçirib. Görüş londonluların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasında Londondakı qarşılaşma dekabrın 13-də oynanılacaq.

Manaf QASIMBƏYLİ

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi