Yuxarı

"Qarabağ"ın rəqibi baş məşqçisiz qalıb

Baş məşqçi postuna namizədlər qismində Murat Yakın və Marko Şallibaumun adları hallanır

Bakı. 8 avqust. REPORT.AZ/ "Qarabağ"ın (Ağdam, Azərbaycan) futbol üzrə Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibi "Yanq Boyz" klubu (İsveçrə) baş məşqçisiz qalıb. "Report"un məlumatına görə, baş məşqçi Uli Fortenin istefaya göndərilməsinə səbəb Bern komandasının ardıcıl 5 oyunluq qələbəsizlik seriyası və Çempionlar Liqasında uğursuzluğa düçar olmasıdır.

Bir neçə gün öncə qovulmuş 41 yaşlı mütəxəssisin yerinə hələ yenisi təyin olunmayıb. Avqustun 9-da "Yanq Boyz" İsveçrə Super Kubokunun 4-cü turunda "Tün"ü qəbul edəcək. İlk 3 turda bütün görüşlərini heç-heçə ilə başa vurmuş paytaxt təmsilçisi 3 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb. Çempionlar Liqasında isə "Yanq Boyz" Fransa "Monako"suna III təsnifat mərhələsinin ilk görüşündə 1:3, səfərdə isə 0:4 hesabı ilə uduzub. Məhz avqustun 4-də qeydə alınmış böyük hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi baş məşqçini italiyalı mütəxəssislə yollarını ayırıb.

Baş məşqçi postuna namizədlər qismində Murat Yakın və Marko Şallibaumun adları hallanır. M.Yakın bir müddət öncə Rusiya "Spartak"ından istefaya göndərilib. Şallibaum isə hazırda İsveçrədə səviyyəcə ikinci olan Çağırış Liqasının lideri "Kyasso" komandasının baş məşqçisidir.

Qeyd edək ki, "Qarabağ"la "Yanq Boyz" arasındakı ilk görüş avqustun 20-də Berndəki 32 min tamaşaçı tutumuna malik "Stade de Suisse"də keçiriləcək. Cavab qarşılaşması isə bundan bir həftə sonra Bakıda eyni sayda tamaşaçı qəbul etmək imkanı olan Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi