Yuxarı

"Qarabağ"ın qapıçısı Hannes Halldorsson: "Mərhələ adlamaq şanslarımız qalır"

"Qarabağ"ın qapıçısı Hannes Halldorsson: "Mərhələ adlamaq şanslarımız qalır"

Bakı. 8 avqust. REPORT.AZ/ Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə Belarusun BATE klubuna 0:1 hesabı ilə məğlub olan "Qarabağ"ın qapıçısı Hannes Halldorsson oyundan sonra brifinq keçirib.

"Report" xəbər verir ki, 34 yaşlı qolkiper öncə oyun barədə fikirlərini bölüşüb.

"Çətin oyun oldu. Rəqib sürətli əks hücumlara çıxırdı. Təəssüf ki, ilk qolu onlar vurdu və biz fərqlənə bilmədik. Bu da bizim işimizi çətinləşdirdi. Ancaq hələ heç nə bitməyib. Növbəti oyuna hazırlaşacağıq və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik"

- Səfər oyunu çətin olacaq. Şanslarını necə dəyərləndirirsiniz?

- Əlbəttə, bizi çətin oyun gözləyir. Rəqibin üstünlüyü var. Ancaq məğlub olmaq istəmirik. Hücumlar edəcəyik və istədiyimiz nəticəyə nail olmağa çalışacağıq. Mərhələ adlamaq şanslarımız qalır.

- "Qarabağ"da ilk oyununuz idi. Təəssüratlarınız necədir?

- İnanılmazdır. Məğlub olmağımıza baxmayaraq, azarkeşlər dəstək olurdu. Burada ilk oyunum idi və qarşılaşmadan həzz aldım. Ab-hava möhtəşəm idi.

- Necə düşünürsüz, sizcə, BATE “Qarabağ”dan güclü komandadır?

- Məncə, biz daha yaxşı komandayıq. Məğlubiyyətə baxmayaraq, şanslar bərabərdir. Səfərdə vuracağımız bir qol hər şeyi dəyişə bilər. Düşünürəm ki, bütün suallara cavab matçında aydınlıq gələcək və növbəti mərhələyə biz adlayacağıq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi