"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina yığmasına dəvət alıb

"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina yığmasına dəvət alıb Bakı. 26 may. REPORT.AZ/ "Qarabağ" komandasının qapıçısı İbrahim Şehiç futbol üzrə Bosniya və Herseqovina millisinə dəvət alıb. "Report"un məlumatı...
Futbol
26 May , 2017 15:37
Qarabağın qapıçısı Bosniya və Herseqovina yığmasına dəvət alıb

Bakı. 26 may. REPORT.AZ/ "Qarabağ" komandasının qapıçısı İbrahim Şehiç futbol üzrə Bosniya və Herseqovina millisinə dəvət alıb. "Report"un məlumatına görə, 29 yaşlı qolkiper Yunanıstan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün açıqlanan 28 nəfərlik heyətdə yer alıb.

Görüş iyunun 9-da Sarayevodakı "Bilino Pole" stadionunda keçiriləcək. Baş məşqçi Mehmed Bajdareviç daha 3 nəfəri isə ehtiyat oyunçu kimi yığmaya çağırıb. Komanda üzvləri iyunun 1-də yığışacaq. 

Son xəbərlər

Orphus sistemi