Yuxarı

"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina millisinə çağırılıb

"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina millisinə çağırılıb
İbrahim Şehiç Belçika və Estoniya ilə qarşılaşmalara dəvət alıb
© Report/ Firi Salim

Bakı. 28 sentyabr. REPORT.AZ/ Futbol üzrə Bosniya və Herseqovina milli komandasının Belçika və Estoniyaya qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb. "Report"un məlumatına görə, baş məşqçi Mehmed Bajdareviç "Qarabağ"ın qapıçısı İbrahim Şehiçə də dəvət göndərib.

Şehiç oktyabrın 1-də "Qarabağ"ın "Zirə" ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra yığmanın düşərgəsinə yollanacaq.

Qeyd edək ki, Bosniya və Herseqovina millisi Belçika ilə oktyabrın 7-də Sarayevoda, Estoniya ilə isə oktyabrın 10-da Tallində üz-üzə gələcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi