"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi məlum olub - SİYAHI

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi məlum olub - SİYAHI Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb
Futbol
17 İyul , 2015 15:11
Qarabağın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi məlum olub - SİYAHI

Bakı. 17 iyul. REPORT.AZ/ Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatması başlanıb. "Report"un məlumatına görə, "Qarabağ" - "Rudar" görüşünün qalibi "Seltik" (Şotlandiya) / "Styarnan" (İslandiya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Püşkatmanın nəticələri:

Liqa yolu

Səpələnmişlər

"Panatinaikos" (Yunanıstan) - "Brügge" (Belçika)

"Yanq Boyz" (İsveçrə) - "Monako" (Fransa)

MOİK (Moskva, Rusiya) - "Sparta" (Praqa, Çexiya)

"Rapid" (Vyana, Avstriya) - "Ajaks" (Hollandiya)

"Fənərbağça" (Türkiyə) - Şaxtyor" (Donetsk, Ukrayna)

Çempionlar yolu

"Sarayevo" (Bosniya və Herseqovina) / "Lex" (Poznan, Polşa) - "Bazel" (İsveçrə)

"Ludoqorets" (Razqrad, Bolqarıstan) / "Milsami" (Orhey, Moldova) - "Skenderbeu" (Albaniya) / "Kruzaders" (Şimali İrlandiya)

HİK (Helsinki, Finlandiya) / "Ventspils" (Latviya) - "Maribor" (Sloveniya) / "Astana" (Qazaxıstan)

"Seltik" (Şotlandiya) / "Styarnan" (İslandiya) - "Qarabağ" (AZƏRBAYCAN) / "Rudar" (Plyevlya, Monteneqro)

"Trençin" (Slovakiya) / "Styaua" (Buxarest, Rumıniya) - "Partizan" (Serbiya) / "Dila" (Qori, Gürcüstan)

"Midtyulland" (Danimarka) / "Linkoln" (Cəbəllüttariq) - APOEL (Kipr) / "Vardar" (Makedoniya)

"Hibernians" (Malta) / "Makkabi" (Təl-Əviv, İsrail) - "Viktoriya" (Plzen, Çexiya)

"Fola Eş" (Lüksemburq) / "Dinamo" (Zaqreb, Xorvatiya) - "Molde" (Norveç) / "Pünik" (Ermənistan)

TNS (Uels) / "Videoton" (Macarıstan) - BATE (Borisov, Belarus) / "Dundalk" (İrlandiya)

"Zalsburq" (Avstriya) - "Malmö" (İsveç) / "Jalgiris" (Vilnüs" (Litva)

"Ludoqorets" (Razqrad, Bolqarıstan) / "Milsami" (Orhey, Moldova) - "Skenderbeu" (Albaniya) / "Kruzaders" (Şimali İrlandiya)

Qeyd edək ki, oyunlar 28-29 iyul və 4-5 avqustda keçiriləcək.


*** 12:00 

"Qarabağ"ın potensial rəqiblərinin sayı 5-ə endirilib

Bakı. 17 iyul. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi öncəsi səpələnmiş və səpələnməmişlər qrupundakı komandalar qruplara bölünüb. "Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ" Monteneqro "Rudar"ını keçə bilsə, 5 komandadan biri ilə qarşılaşacaq. 

Bunlar "Bazel" (İsveçrə), "Trençin" (Slovakiya) "Styaua" (Buxarest, Rumıniya) cütünün qalibi, "Seltic" (Şotlandiya) / "Styarnan" (İslandiya) cütünün qalibi, "Ludoqorets" (Bolqarıstan) - "Milsami" (Moldova) cütünün qalibi və "Maribor" (Sloveniya) - "Astana" (Qazaxıstan) cütünün qalibidir. 

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi