Yuxarı

"Qarabağ"ın oyununu polşalı hakimlər idarə edəcək

"Qarabağ"ın oyununu polşalı hakimlər idarə edəcək

“Qarabağ”ın UEFA Çempionlar Liqasın II təsnifat mərhələsində İrlandiya təmsilçisi “Dandolk”la səfərdə baş tutacaq ilk oyununun hakimləri açıqlanıb.

“Report” xəbər verir ki, iyulun 24-də Dandolkdakı “Oriel Park” stadionunda keçiriləcək görüşü polşalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın referisi Bartoş Frankovskidir. Marçin Bonyek və Yakub Vinkler yan xətt hakimləri olacaq. Daniel Stefanski dördüncü hakim funksiyasını yerinə yetirəcək.

İsveçli Peter Froydfeldt hakim-inspektor, lüksemburqlu Şarl Şak isə UEFA nümayəndəsidir.

Qeyd edək ki, Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab qarşılaşması isə iyulun 31-də Bakıda “Dalğa Arena”da olacaq. Matç saat 21:00-da start götürəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi