"Qarabağ"ın oyununda yağış gözlənilir

"Qarabağ"ın oyununda yağış gözlənilir “Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə Albaniyanda keçirəcəyi oyun yağışlı hava şəraitində baş tuta bilər.
Futbol
10 İyul , 2019 11:24
Qarabağın oyununda yağış gözlənilir

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə Albaniyanda keçirəcəyi oyun yağışlı hava şəraitində baş tuta bilər.

“Report” “Panorama Sport” portalına istinadən xəbər verir ki, meydan sahiblərinin dünən Tiranada baş tutan açıq məşqi zamanı yağış yağıb. Sinoptiklər bu gün də şimşək çaxacağını və yağış yağacağını proqnozlaşdırırlar. Temperatur isə müsbət 30 dərəcə təşkil edəcək.

Portal “Partizani”nin Ağdam komandası ilə görüş üçün təxmini start heyətini də açıqlayıb. Proqnoza əsasən, qapıda Alban Hoca dayanacaq. Müdafiədə soldan sağa olmaqla, Esin Hakay, Eqzon Belitsa, Eneo Bitri və Labinot İbrahimi yer alacaq. Orta xətdə eyni qaydada Vilyam Kordeyru, Bruno Telyuşi və Esat Mala çıxış edəcək. Hücum xətti isə Emmanuel Mensa, Eraldo Çinari və Yasir Asanidən ibarət “üçlük”dən təşkil olunacaq.

Qeyd edək ki, paytaxtdakı “Selman Stermasi” stadionunda keçiriləcək “Partizani” - “Qarabağ” matçı yerli vaxtla saat 17:30-da, Bakı vaxtı ilə isə saat 19:30-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi