"Qarabağ"ın növbəti ev oyunu Respublika stadionunda keçirilməyəcək

"Qarabağ"ın növbəti ev oyunu Respublika stadionunda keçirilməyəcək Görüşün "Dalğa Arena"da təşkilinə qərar verilib
Futbol
9 Sentyabr , 2015 13:29
Qarabağın növbəti ev oyunu Respublika stadionunda keçirilməyəcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun proqramı açıqlanıb. "Report"un məlumatına görə, çempionatın lideri "Qarabağ" ev oyununu yenə Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyəcək. 

Səbəb mərkəzi arenanın təmirə bağlanmasıdır. Ağdam klubunun öz bazasında isə hazırda tamamlama işləri gedir. Nəticədə oyunun Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da təşkilinə qərar verilib. 

Oyunlar həftəsonu baş tutacaq:

12 sentyabr (şənbə)

20:30. “Qarabağ” – “Xəzər Lənkəran”

Bakı, “Dalğa Arena”

16:00. “Kəpəz” – AZAL

Gəncə şəhər stadionu

20:00. “İnter” – “Qəbələ”

Bakı, “İnter Arena”

13 sentyabr (bazar)

19:00. “Sumqayıt” – “Zirə”

Sumqayıt, "Kapital Bank Arena"

21:00. “Rəvan” – “Neftçi”

Bakı, “Bayıl Arena”

Son xəbərlər

Orphus sistemi