Yuxarı

"Qarabağ"ın legioneri: "Vorskla" haqqında yüksək fikirdəyik"

"Qarabağ"ın legioneri: "Vorskla" haqqında yüksək fikirdəyik"
Məşqlərdə etdiklərimizi oyuna daşıyıb, müsbət nəticə qazanacağıq
© Report/ Firi Salim — "Qarabağ"ın futbolçusu Miçel Madeyra

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Bizi çətin və önəmli oyun gözləyir. Rəqib haqqında yüksək fikirdəyik".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Miçel Madeyra UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Ukrayna təmsilçisi "Vorskla" ilə oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

32 yaşlı yarımmüdafiəçi rəqibin oyunlarını izlədiklərini bildirib: "Onlar hər iki görüşdə uduzsalar da, rəqiblərə çətinlik yaradıblar. Rəqibi yaxşı analiz etmişik. Məşqlərdə etdiklərimizi oyuna daşıyıb, müsbət nəticə qazanacağımıza ümid edirik". 

İspaniyalı oyunçu "Vorskla"nın kompakt şəkildə çıxış edən komanda olduğunu vurğulayıb: "Rəqibin sürətli hücumçuları var. “Arsenal” ilə matçda 4 top fərqi ilə geridə olsalar da, 2 qol vurublar. Həm milli çempionatda, həm də avrokubokda asan rəqib yoxdur".

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" görüşü saat 20:55-də başlayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi