Yuxarı

"Qarabağ"ın legioneri: "Neftçi"yə keçmək məsələm real deyil"

​"Qarabağ"ın legioneri: "Neftçi"yə keçmək məsələm real deyil"

“Gözlənilən qələbə idi. Hamımız bunu bilirdik. Hesaba baxmayaraq, ağır oyun idi. Rəqib təzyiq göstərirdi. Amma erkən qol vurmağımız sonradan yolumuzu açdı. Çempionatın sonuna az vaxt qalıb, bütün görüşlər bizim üçün həyati əhəmiyyət daşıyır. Ona görə də hər qarşılaşmaya 3 xal hədəfi ilə çıxırıq”.

"Report"un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Miçel Madeyra Azərbaycan Premyer Liqasının XXV turunda “Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. İspaniyalı yarımmüdafiəçi bildirib ki, komandanın nəticələrinin “Neftçi”nin xal itkisi ilə bir əlaqəsi yoxdur:

"Onsuz da komandamız son həftələr inamlı oynayırdı. Qarşıda 3 tur var və biz “Zirə” ilə növbəti matça köklənməliyik. Orda da bizi çətin oyun gözləyir, eyni zamanda kubok matçları da var”.

Miçel çempionluğun son tura qalması ilə bağlı sualın cavabında bu haqda danışmağı sevmədiyini bildirib:

“Çünki bizim fikrimiz hər turdan sonra ancaq növbəti oyunda olur. Hər şey ola bilər, bir az üstünlüyümüz olsa da, çalışırıq ki, işimizi sona saxlamayaq”.

İspaniyalı yarımmüdafiəçi “Neftçi”yə keçmə ehtimalı ilə bağlı suala isə belə cavab verib:

“Hələ mövsümün başa çatmasına vaxt var və bizim klub rəhbərliyi ilə yeni müqavilə barədə danışığımız olmayıb. “Neftçi” məsələsi isə real deyil. Gözləyək mövsüm başa çatsın, ondan sonra hər şey bəlli olacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi