Yuxarı

"Qarabağ"ın legioneri: "Bakıda APOEL üçün daha çətin olacaq"

"Qarabağ"ın legioneri: "Bakıda APOEL üçün daha çətin olacaq"

“APOEL çox yaxşı komandadır. Onların oyun sistemi bizi heyrətləndirdi. Bakıdakı cavab matçı fərqli olacaq”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Simeon Slavçev Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-i Kiprdə 2:1 hesabı ilə məğlub etdikləri ilk oyundan sonra “Omada Reporter” portalına deyib.

26 yaşlı bolqarıstanlı yarımmüdafiəçinin sözlərinə görə, Bakıda baş tutacaq cavab görüşündə APOEL üçün daha çətin olacaq: “Mümkün olan hər şeyi edəcəyik. Şansların 50/50-yə olduğunu düşünürəm”.

2015/2016 mövsümündə Kipr “Apollon”unun formasını geyinən Slavçev bu klubun onun qəlbində xüsusi yerinin olduğunu söyləyib: “Burada çox yaxşı vaxt keçirdim. “Apollon”da indi hər şey yaxşıdır, təlim-məşq bazası inşa etdiriblər, yaxşı oyunçulara və güclü baş məşqçiyə sahibdirlər. Fikrimcə, ölkə çempionu ola bilərlər. Kipr futbolu inkişaf edir. Komandalar güclənir və avrokuboklarda iştirak edirlər”.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL oyunu saat 20:30-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi