“Qarabağ”ın legioneri: "Avroliqada hələ 3 oyunumuz qalıb və 9 xal qazana bilərik"

“Qarabağ”ın legioneri: "Avroliqada hələ 3 oyunumuz qalıb və 9 xal qazana bilərik" Bakı. 1 noyabr. REPORT.AZ/ Ağdamın “Qarabağ” klubunun futbolçusu Con Delarj səfərdə Keşlə ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VII turundan təxirə salınmış oyundan sonra Reporta müsahibə verib:
Futbol
1 Noyabr , 2018 02:07
“Qarabağ”ın legioneri: Avroliqada hələ 3 oyunumuz qalıb və 9 xal qazana bilərik

Bakı. 1 noyabr. REPORT.AZ/ Ağdamın “Qarabağ” klubunun futbolçusu Con Delarj səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VII turundan təxirə salınmış oyundan sonra "Report"a müsahibə verib:

"Neftçi" ilə oyunda əsas heyətdə idiniz, bu gün isə meydana sonradan daxil oldunuz. Bu, ötən görüşdə yaxşı təsir bağışlamamağınızla bağlı idi?

- Bu, baş məşqçinin qərarıdır. Biz həm Avroliqa, həm də çempionatda oynayırıq. 3 gündən bir oyuna çıxırıq. Buna görə də yorğunluq olur. Baş məşqçimiz də rotasiyalar edir və çalışır ki, bütün oyunçulara vaxt versin. Bizim 25 oyunçumuz var və 11-i əsas heyətdə çıxış edə bilər. Baş məşqçi məni keçən oyun əsas heyətdə oynatmışdı, bu dəfə isə sonradan meydana çıxdım. Bu, sadəcə rotasiya və sistemlə bağlı idi.

"Vorskla" ilə Ukraynada keçirəcəyiniz görüş haqda nə deyə bilərsiniz?

- Biz əvvəlcə çempionatdakı "Sumqayıt"la növbəti oyunumuz barədə düşünürük. Həftəsonu öz meydanımızda 3 xal qazanmaq istəyirik. Lider "Neftçi" ilə aramızda 5 xal fərq var və çalışacağıq ki, xal itkisinə yol verməyək. Daha sonra isə Avroliqada "Vorskla" ilə qarşılaşma barədə düşünəcəyik.

Avroliqada qrupdan çıxma şanslarınızın bitdiyini söyləmək olar?

- Hələ 3 oyunumuz qalıb və 9 xal qazana bilərik. Riyazi olaraq şanslarımız davam edir.

Bəs çempionluq şanslarınız barədə nə deyə bilərsiniz?

- Hazırda oktyabr ayıdır və çempionat gələn ilin mayında başa çatacaq. Ona görə də indidən nəsə demək çətindir. Ola bilər ki, biz bu ay yaxşı performans göstərmədik, növbəti ay hər şey dəyişə bilər.

Son xəbərlər

Orphus sistemi