Yuxarı

"Qarabağ"ın qapıçısı Fransa və Andorra ilə oyun üçün yığma komandadan dəvət alıb

"Qarabağ"ın qapıçısı Hannes Halldorsson 2020-ci il Avropa çempionatının seçmə mərhələ oyunları üçün İslandiya millisinə çağırılıb.

"Report" İslandiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Erik Hamren 23 nəfərlik heyətdə 35 yaşlı qolkiperə də yer verib.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsində H qrupunda mübarizə aparan İslandiya martın 22-də səfərdə Andorra, 25-də isə səfərdə Fransa ilə üz-üzə gələcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi