Yuxarı

"Qarabağ"ın "Kəpəz"ə vurduğu qolun müəllifi dəyişdirilib

"Qarabağ"ın "Kəpəz"ə vurduğu qolun müəllifi dəyişdirilib

Bakı. 26 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun “Qarabağ” – “Kəpəz” matçının protokolunda dəyişiklik edilib.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, oyundakı yeganə qol Riçard Almeydanın deyil, Mahir Mədətovun adına yazılıb. 

Bu dəyişiklik baş hakim Orxan Məmmədovun raportuna əsasən edilib. 

Qeyd edək ki, görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi