"Qarabağ"ın kapitanı Rəşad Sadıqovla azarkeşlər arasında insident olub

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovla azarkeşlər arasında insident olub Ağdam klubunun tərəfdarları uğursuz nəticəyə görə narazılıqlarını bildiriblər.
Futbol
28 Fevral , 2017 22:00
Qarabağın kapitanı Rəşad Sadıqovla azarkeşlər arasında insident olub

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XX turunda "Qarabağ"ın "İnter"ə evdə 0:1 hesabı ilə uduzduqları matçdan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqovla meydan sahiblərinin azarkeşlərlə arasında insident olub.

"Report"un məlumatına görə, Ağdam klubunun tərəfdarları uğursuz nəticəyə görə narazılıqlarını bildiriblər.

R.Sadıqov da onlara yaxınlaşaraq, bu cür davranışlarına, komandaya çətin vaxtında dəstək olmadıqlarına görə onları qınayıb.

Qeyd edək ki, "Qarabağ" "İnter"i məğlub edəcəyi halda vahid lider olacaqdı. Komanda hazırda 42 xalla 2-ci pillədədir.

Son xəbərlər

Orphus sistemi