"Bizi iki çətin görüş gözləyir. Albaniya çempionuna qarşı oynayacağıq".
"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı
37 yaşlı müdafiəçi keçən il də bu ölkənin digər komandası - "Kukesi" ilə qarşılaşdıqlarını xatırladıb: "Bu matçlara çox ciddi və yaxşı hazırlaşmalıyıq. Məşqçilər heyəti rəqibi analiz edəcək və bizə lazım olan məlumatı verəcək. Hazırda ən vacib olan odur ki, özümüz yaxşı hazırlaşaq və yaxşı formada olaq. Çünki Çempionlar Liqasında hər bir rəqib təhlükəlidir. İstədiyimiz oyunu nümayiş etdirmək üçün yaxşı hazırlaşmalıyıq".
Qeyd edək ki, "Qarabağ" "Partizani" ilə ilk oyununu iyulun 9-10-da Tiranada, cavab görüşünü bundan bir həftə sonra Bakıda keçirəcək.