"Qarabağ"ın hücumçusu həftənin ən yaxşı oyunçusu seçilib

"Qarabağ"ın hücumçusu həftənin ən yaxşı oyunçusu seçilib Bakı. 6 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun ən yaxşı futbolçusu müəyyənləşib.
Futbol
6 Dekabr , 2018 15:13
Qarabağın hücumçusu həftənin ən yaxşı oyunçusu seçilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun ən yaxşı futbolçusu müəyyənləşib.

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu ada "Qarabağ"ın hücumçusu Mahir Mədətov layiq görülüb. 21 yaşlı hücumçu cari turda "Keşlə"ni 5:1 hesabı ilə məğlub etdikləri matçda 3 qol vurub.

Qeyd edək ki, Mahir Mədətov həftənin komandasında da yer alıb. Turun ən yaxşı oyunçusu “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi